“CinemaPlus” ad gününü qeyd edir!

Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” 17 dekabr tarixində öz ad gününü qeyd edir.

Hər il olduğu kimi bu ildə kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır. Məhz 17 dekabr “Qış nağılı”, “ŞaBaş” və ya “Jumanji: Yeni mərhələ” filmlərinə bilet əldə edən zalda gizlədilmiş hədiyyələri almaq şansı qazanacaqlar! Hədiyyələr yuxarıda qeyd olunan filmlərin günboyu “28 Mall”, “Ganjlik Mall” və “Azerbaijan Cinema” filiallarında nümayiş olunan seanslarında veriləcək.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman tamaşaçılarına xoş sürprizlər etmək, kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə və həqiqətən ailəniz, dostlarınız və yaxınlarınızla vaxt keçirə biləcəyiniz sevimli istirahət məkanı olmağa hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: