CinemaEventsTəqdimatƏyləncə

“CinemaPlus Amburan” kinoteatrında qızmar “Kino Gecəsi”

Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç ən gözlənilən premyera filmlərinin nümayişi ilə qızmar “Kino Gecəsi” baş tutacaq.

22:30-dan səhər saat 6:00-dək qonaqlara “Meq: Dərinlik bədheybəti”, “Məni atan cəsus” və “Şər” filmləri nümayiş olunacaq.

Bütün gecəni səhərədək DJ qonaqları dinamik musiqi ilə əyləndirəcək. Həmçinin alkoqollu və alkoqolsuz içkilər olacaq.

“Meq: Dərinlik bədheybəti” fantastik dəhşət filminin qısa məzmunu: Əvvəllər dərin aparatlar pilotu olmuş paleontologiya professoru Conas Teylor artıq uzun illərdi yaddaşdan silinməyənləri – hamının qədim məxluqların indiki günlərdə də yaşadıqlarını əmin edən faciəvi şəkildə bitmiş ekspedisiyanı yaddan çıxarmaq üçün qədim bədheybət meqalodon haqqında yazır və leksiyalar deyir. Ən dərin okean kanyonuna eniş edərkən Teylor gücnən sudan tirannozavrı belə qaldıra biləcək qədim bədheybətin çənəsindən yaxa qurtarır.

“Məni atan cəsus” komediya döyüş filminin qısa məzmunu: Odri və Morqan Los-Ancelosdan olan yaxın rəfiqədirlər. Bir günləri onların yanına  Odrinin keçmiş yoldaşı qatillərin arxalarınca gedən dəstə ilə birlikdə gəldikdən sonra Odri və rəfiqəsi beynəlxalq əlbirliyinin mərkəzində olurlar. Özlərinə təəccüblənən qızlar isə heç də asan olmayan məsələ –  dünyanı xilas etmək qərarı verirlər. Onları təhlükə, killerlər, bütün Avropa üzrə cəsus yarışı, harada ki, onların qarşısına şübhəli, lakin cazibədar ingilis xəfiyyəsi çıxacaq….

“Şər” dəhşət filminin qısa məzmunu: Gənc müəllim Adam və onun həyat yoldaşı Liza ailədə çoxalma gözləyirlər. Bir andaca xoşbəxt cütlük idiliyası dağılır. Onlar naməlum qara qüvvə ilə qarşılaşırlar, hansı ki, onların həyatını cəhənnəmə çevirir. Adam onları təqib edən dəhşətdən xilas olmaq üçün parapsixoloq Klarkdan kömək istəyir. İşə başlayandan sonra Klark anlayır ki, qarşılaşdıqları dəhşətli məxluq gözləniləndən də qorxuludur. Və bu anda cütlüyə dəhşət haqqında qorxulu həqiqətlər açılır.

Biletləri onlayn və kinoteatrın kassalarında əldə etmək olar.

Biletin qiyməti: 20 AZN. VIP 35 AZN.

Əlavə məlumat: 012 499 89 88 və ya 119

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!