CinemaPlus-da çoxdan gözlənilən “Qisasçılar: Final ” filminin ulduzlu nümayişi keçirilib.

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında səbirsizliklə gözlənilən “Marvel” kinoşirkətinin “Qisasçılar: Final” filminin ulduzlu nümayişi baş tutub.

Bu axşam möhtəşəm qonaqlar arasında aktyorlar Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbrahimzadə, ifaçılar Malik Kələntərli, Nura Suri, Səidə Sultan, yazıçı Nərminə Məmmədzadə və Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev olmuşdular.

Filmin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb.

Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Tədbirin təşkilində dəstək göstərmişdilər: Red Bull, Carlsberg Azerbaijan pivə istehsalı zavodu, Ideal Perfumery və Paco Rabbane kosmetikası.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: