CinemaEventsŞəkillər

CinemaPlus-da “Dəhşətli gecə” baş tutdu

“CinemaPlus Azerbaijan” premium kinoteatrında cümə günü aprelin 13-dən 14-nə keçən gecə “Dəhşət filmlər gecəsi” keçirilib.  22:30-dan səhər 7:00-dək qonaqlara “Ruhlar ölkəsi”, “Sakit yer” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri nümayiş olunub. Ən maraqlısı isə – həmin gecə, qəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi tamaşaçıları müşahidə edib! Tamamilə pulsuz.

Seans fasilələrində hamını maraqlı müsabiqələr və hədiyyəli uduşlar gözləyirdi.

Nümayiş olunan “Ruhlar ölkəsi” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunub.

Tədbirin təşkilində dəstək olmuşdurlar: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, “Papa Johns Pizza Azerbaijan”, Portal Games, “Merit Brand” şərab şirkəti, “Red Bull”, Coca-Cola, Sheh su və Baltika-Baku  pivə zavodu.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!