EventsTəqdimat

CinemaPlus-da “Dəhşətli gecə”

“CinemaPlus Azerbaijan” premium kinoteatrında cümə günü aprelin 13-dən 14-nə keçən gecə “Dəhşət filmlər gecəsi” keçiriləcək.  Saat 22:30-dan səhər 7:00-dək qonaqlara “Ruhlar ölkəsi”, “Sakit yer” və “Vinçester” filmləri nümayiş olunacaq. Ən maraqlısı isə – həmin gecə, qəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi sizinlə olacaq! Tamamilə pulsuz.

Həmin gün yazın ən dəhşətli və qorxulu gecəsi olacaq. Amma sizin dəmir kimi sinirləriniz var və kəskin hisslər sevirsinizsə, artıq bilirsiz hamı harada yığışacaq.

Seans fasilələrində hamını maraqlı müsabiqələr və hədiyyə uduşlar gözləyir.

“Ruhlar ölkəsi” və “Vinçester” “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunub .

Biletləri “CinemaPlus” kinoteatrlar şəbəkəsində əldə etmək olar.

Biletin qiyməti: 20 AZN, VIP 35 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!