CinemaPlus-da “Fəlakət” filminin Qala-gecəsi baş tutub

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Fəlakət” filminin Qala-gecəsi keçirildi.

“Fəlakət” filmi, bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir.

Kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilmişdir. Həmçinin orkestr ifası, furşet və içkilər var idi.

Filmin baş prodüseri  Cəfər Axundzadə, prodüser Məmməd Məmmədov, rejissor Emil Quliyev, operator Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssam Arif Niftiyev, ikinci rejissor Çingiz Həsənov, geyim üzrə rəssam Olqa Şabanova, qrim üzrə rəssam Polina Tkaçenko, art direktor Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüser Azər Aydəmir.

Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Qısaca məlumat:  Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı?

Film noyabrın 22-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, “El Portalon” ispan restoranı və Ganja Sharab dəstək olublar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: