“CinemaPlus” da Kinematoqrafçılar İttifaqı və Litva səfirliyi tərəfindən tədbir təşkil olunub

“CinemaPlus Azərbaycan” premium kinoteatrında Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir baş tutub.

Tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olub. Görüşdən sonra isə rejissorun “Древний лес” (Qədim meşə) filmi nümayişi baş tutub.

Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il vaxt sərf edib. Filmin çəkilişləri Litvanın ən qədim meşəsində aparılmışdır. Bədii və fərqli tərzdə olan bu film tamaşaçılara təbiətə – meşə yanğınlarından tutmuş canavar mağarası və qara leylək yuvasına, daha sonra meşənin dərinliklərinə baş çəkib və bu torpağın insanlarına qayıdaraq sonsuz səyahət təklif edir. Filmdə kadrarxası mətn yoxdur, yalnız kameranın obyektivinə düşən müxtəlif çox az eşidilən səslər və meşənin sehirli mühiti var.

 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: