CinemaPlus-da “Təhlükəli biznes” filmi Azərbaycan dublyajı ilə

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Təhlükəli biznes” Avstraliya və ABŞ istehsalı olan filminin  nümayişi baş tutub.

Filmi səsləndiriblər: Əlixan Rəcəbov, Kamran Ağabalayev, Elşən Rüstəmov, Sevda Novruzlu Biyik, Vüsal Murtuzəliyev, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova, Vüqar Hüseynov, Vüsal Hacıqədir, Müşfiq Mirzəyev, Vüsal Xalıqoğlu və Xumar Quluzadə.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ekran əsərin rejissoru Neş Edqertondir. Baş rolları Coel Edgerton, Şarliz Teron və Devid Oyeloyo ifa edirlər.

Filmin süjet xəttinə görə, cəsur və uzunayaq sarışın – məhz o təhlükəli biznes üçün ideal seçimdir. Günlərin bir günü onun tabeçiliyində olanların biri bütün dünyanın izinə düşdüyü unikal formula haqda öyrənir. O, öz qaçırılmasını səhnələşdirmək və qarşılığında şirkətdən pul istəmək qərarına gəlir. Lakin bu “ağıllının” rəhbərinin köməyinə güvənməməsi məsləhətdir, çünki şirkət üçün o diridən çox ölüdür.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: