CinemaFestivallarTəqdimat

CinemaPlus-da “Yay Uşaq Kino Festivalı”

Hər iyunun 1-i Uşaqların Beynəlxalq müdafiəsi günü qeyd olunur. “CinemPlus” kinoteatrlar şəbəkəsi də ənənələri pozmayaraq, iyunun 1-dən 10-dək yay uşaq kino festivalı keçirəcək və bütün ailə ilə izləmək üçün 6 cizgi filmi və 1 uşaq filminin nümayişi ilə həzz dolu anlar yaşadacaq.

Leonardo: Mona Liza missiyası Cinemazadeh studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində Leonardo özünü kəşflərə həsr edib, sakit və sülh içində yaşayır. Onun dostu Lorentso hər şeydə ona kömək edir və bütün başlamalarda dəstək olur, lakin gözəl Cokonda Leonordonun qəribə fikirlərini lağa qoyur.

Ağ atlı şahzadə” Cinemazadeh studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində yaraşıqlı şahzadəni hər kəs arzulayır, Ağ atlı şahzadəni isə ümumiyyətlə. Şahzadəyə vergi hələ doğularkən verilib: qızlar onun gülüşü üçün hər şeyə razıdırlar, o isə bunun əvəzində kişilərin mömin qəzəbinə tuş gələcək.

İki quyruq” cizgi filmində iki dost olan Pişik Maks və Qunduz Bobun sərğüzəştlərindən bəhs edən hekayə. Bu qədər bir birindən fərqli qəhrəmanlara rastlamaq mümkün deyil!

Kral Şakir” cizgi filmində hər kəsin sevərək izlədiyi Kral Şakir yeni macəraya dəvət edir. Laboratoriyada aparılan təcrübələrdən sonra Fil Necatinin telefonundakı oyun vasitəsi ilə real dünya arasında qapı açılır.

 “Smeshariki. Dejavü” cizgi filmində Kroş Kopatıç üçün unudulmaz ad günü təşkil etmək qərarına gəlir – o, müştərilərinə zamana səyahət vəd edən “Dejavü” agentliyinə müraciət edir.

Sadko” cizgi filmində baş qəhrəman gözəl və şən oğlan. Lakin əsl sevgi naminə o həmçinin döyüşməlidirdə. Özü də, sualtı kaftar Barrrakuda ilə. Lakin sevgi hər halda qalib gələcək.

Məxfi itlər” filmində ciddi xəfiyyə qeyri-adi həmkarı – bir dəqiqə belə susmayan və repdən həzz alan, danışan köpək Maks ilə işləməlidir. Birlikdə onlar Las-Veqasa yollanırlar, harada ki, elit it sərgisində nadir heyvanların təkrarsatışında dələduzluq işləri baş verir. Və onlar fırıldaqçıların quyruqlarına düşürlər.

Əziz valideynlər. Uşaqlarınızı bu bayram günlərində sevindirməyə tələsin.

Biletləri kinoteatrların kassalarından, rəsmi www.cinemaplus.az saytından, mobil əlavədən, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!