“CinemaPlus Ganjlik Mall” kinoteatrında Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.

Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi sohbət ediblər.

“CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.

Uşaq evlərinin sakinləri 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman”animasiya filmini “ CinemaPlus Ganjlik Mall”-da izləyiblər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: