“Cinemaplus” Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşünü nümayiş etdirəcək

“CinemaPlus” Premimum Kinoteatrında sentyabrın 7-si 22:00-da Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Əbu-Dabidə keçirilən UFC döyüşü nümayiş etdiriləcək.

Həbib qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb. Onun çiynində UFC-nin 12 döyüşü və 27 qalibiyyəti əks olunub.  Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə, 25 qalibiyyət əldə edib və 5 məğlubiyyətə tab gətirib.

Biletin qiyməti 7 AZN təşkil edir. Tələsin, yerlər məhduddur!

“CinemaPlus” kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: