“CinemaPlus” ilin kinoteatrlar şəbəkəsi seçilib

Bakı, 19 dekabr: “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Azeri Business Award-2016” mükafatı laureatı olub.

Mükafatı “Cinemaplus”  kinoteatrlar şəbəkəsinin Baş Direktoru Zaur Darabzadə alıb.

“JW Marriott Absheron Baku” otelində 2016-cı ilin yekunu etibarilə biznes sahəsində “Azeri Business Award Milli” mükafatnın təqdim etmə mərasimi baş tutmuşdur.

Mükafatnın təqdim etmə mərasimində 100-dən çox aparıcı şirkətlərin nümayəndələri, diplomatik şəxslər, xarici qonaqlar və KİV nümayəndələri toplaşmışdır.

Tədbir “Business Time” aylıq işgüzar jurnalı tərəfindən təşkil edilib.

Qeyd edək ki, “Azeri Business Award” mükafatlandırma mərasimi Azərbaycanın işgüzar həyatında ən nüfuzlu hadisələrdən biridir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: