CinemaPlus ilk dəfə “Paddinqton 2” filmini Azərbaycan dilində nümayiş etdi

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Paddinqton 2” filminin nümayişi keçirilib.

Tədbirdə tək böyüklər deyil, həmçinin, uşaqlar da iştirak etmişdirlər.

“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib. Komediya gurultulu alqışlar ilə qarşılandı.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Valeh Kərimov, Vüsal Murtuzəliyev, Nəcibə Hüseynova, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Həlimə Axundzadə, Elman Rəfiyev, Vüqar Hüseynov, Səid Nizami və Elnur Hüseyov səsləndiriblər.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru və masterinq Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn Vüqar İslamzadə, art direktoru Kamil Dadaşov, dizayneri Emil İbrahimov, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Ekran əsərin rejissoru Paul Kinqdir. Baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: