CinemaPlus kinoteatrı Sevimli Bala – Film Academy ilə əməkdaşlığa başlayıb!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Sevimli Bala məşhur uşaq klubu şəbəkəsi ilə əməkdaşlığa başlayıb.

Sevimli Bala uşaq Mərkəzləri şəbəkəsinin filialı olan, Talent Studio by Sevimli Bala tamamilə yeni – Film Academy layihəsinə start verib. Yeni konsepsiyalı layihə, gələcək ulduzlar üçün kino dünyasına yol açacaq! 6 ay müddətində öz işlərinin peşəkarları uşaqlara aktyor ustalığı, aparıcı, rejissor, operator, qrimçi sənəti ilə tanış edəcəklər, həmçinin, onları əsl natiq olmaq üçün düzgün səhnə nitqini öyrədəcəklər!

Altı aylıq kursun nəticəsi olaraq, peşəkar münsiflər heyəti qalibi seçəcəklər, hansı ki, əsas uduş olaraq – Çexiyada kino-düşürgəyə səfər qazanacaq! Düşərgə Karlovı Varada təşkil olunan Beynəlxalq Kinofestival zamanı keçiriləcək və xüsusi ekskursiyalarda və müxtəlif tədbirlədə iştirak etmək, həmçinin, Çexiyanın Hollivudu sayılan məşhur “Barrandov Studios” studiyasını ziyarət etmək imkanı yaradır!

Film Academy-nin proqramına aktyorluq dərsləri, ritorika, ekskursiyalar və xüsusi qonaqlar tərəfindən master-klasslar daxildir.

Layihədə iştirak yaşı 9-13 arasıdır.

Qeyd edək ki, layihənin baş sponsoru CinemaPlus kinoteatrlar şəbəkəsidir, sponsoru isə Harmits Studio-dur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: