CinemaEventsƏyləncə

“CinemaPlus” kinoteatrında “Dörd baş” filmin premyerası keçirilib

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında  komediya janrında olan “Dörd baş” filminin premyerası keçirilib.

Filmin qalasında “Dörd baş”da rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Filmin rejissoru Natiq Novruzovdur. Filmdə əsas rolları Azər Axşam, Nofel Şahlaroğlu, Ceyhun Məmmədli, Natiq Fərzəliyev ifa ediblər.

Filmin süjet xəttinə görə, kənddə aktyorluqla məşğul olan Şərifin yuxusuna atası girir və özünü molla kimi təqdim eden fırıldaqçının ucbatından neytral zonada qaldığını deyir və Şərifin həyatı bu yuxudan sonra alt-üst olur. İş o yerə gəlib çıxır ki, onu həbs edirlər. Bütün hadisələr bundan sonra cərəyan edir.

Film aprelin 19-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!