CinemaTəqdimatƏyləncə

“CinemaPlus” kinoteatrında yay mövsümünün möhtəşəm açılışı baş tutub

“Amburan Mall” TM-də yerləşən “CinemaPlus” premiumkinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib.

Kinoteatrda musiqi müşayiəti altında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.  Dekor bütünlüklə Elton Conun həyatından bəhs edən “Roketmen”bioqrafik myuzikl-filminin parlaq tematikasını əks etdirirdi. Qonaqlar böyük həvəslə kinoteatrda quraşdırılmış səsyazma studiyası formasında olan fotozonada şəkil çəkdirirdilər. Həmçinin, böyük marağa səbəb olan Elton Conun obrazını vəfurşet masalarının qeyri-adiliyini vurğulamaq istərdik.

Tədbir “CinemaPlus”a premyerasından 6 gün öncə təqdim olunmuş “Roketmen” filminin nümayişi ilə başa çatmışdır.

Filmin rejissoru Dekster Fletçerdi.

Baş rollarda Teron Ecerton, Ceymi Bell və Brays Dallas Hovard.

Film haqqında qısaməlumat: Əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiya. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.

Tədbirin təşkilində köməklik göstərmişdilər: Amapola Exclusive Events,“Keyf-i Dem” restoranı, Basilur, Fresh Azcake, Ceylan MMC.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!