Ən Son

“CinemaPlus” “Maşın Şou”nun rəsmi tərəfdaşı oldu

“CinemaPlus” kinoteatrlar şəbəkəsi, təşkilatçısı “M Group Production” olan ən reytinqli realiti-şou “Maşın şou”nun rəsmi tərəfdaşı oldu. 15-ci mövsümün “Xanımlar və cənablar” adı altında ilk efir buraxılışı oktyabrın 8-i saat 22:15-də ATV kanalında baş tutacaq. Yenə də ən ağıllı, güclü və dözümlü iştirakçını müəyyən etmək üçün maşın ətrafında 18 nəfər ulduz iştirakçı toplaşacaq.

Şounun aparıcısı həmişə olduğu kimi Azərbaycanın əməkdar artisti Murad Dadaşov olacaq.

Həmçinin, “CinemaPlus” kinoteatrlar şəbəkəsi şounu tərk etmiş hər bir “Maşın şou” iştirakçısına öz yeni məhsulu olan – “Hədiyyə kartı” təqdim edəcək.

Qeyd edək ki, “Maşın şou” 2005-ci ildə yerli televiziya efirinə çıxıb və tamaşaçılar 12 il ərzində realiti-şounun 14 mövsümünü izləyiblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!