CinemaPlus“ Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bayram təşkil edib

Hər il yayın ilk günü böyük bayram qeyd olunur – Uşaqların Beynəlxalq Müdafiəsi günü. Bu, dünyada qeyd olunan ən qədim bayramlardan biridir və “CinemaPlus Gənclik Mall” premium kinoteatrı ənənəni pozmayaraq belə bir sevincli gündə Azərbaycan Uşaqlar Birliyi – uşaq sığınacağından olan balaca tamaşaçılar üçün əyləncəli proqram təşkil edib.

60-a yaxın uşaq Ağca və Betmenin iştirakı ilə şou proqramda iştirak etmişdilər. Daha sonra gənc tamaşaçılar 2019-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkardublyaj olunmuş “Sevimli ferma” animasiya filmini izləmişdilər.

Animasiya filmini dublyaj etmişdilər Erkin Ergin, Vüsal Hacı-Qədir, Gülnarə Zülalova, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Samir Ələsgərov, Nicat Ələsgərov və Azər Quliyev.

Dublyajın rejissoru Samir Ələsgərov, baş redaktor Vüqar Hüseynov, tərcümə və redaktor Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadə.

Ailəvi animasiya filminin rejissoru Lize İ. Osvolldu.

Animasiya filmi haqqında qısa məlumat: Klara adlı inək şəhərdə yaşayır və böyük ulduz olmaq istəyir. Yay tətilində o fermaya valideynləri gilə qonaq gəlir. Orada o, ən yaxşı kulinar olmaqla fermanı məşhurlandırmaq istəyir. Yerli sakinlər olan dostları: inək – repçi Qutom, toyuq Çikkolini və başqaları ilə birgə işə başlayırlar, lakin kimsə onlara mane olmaq istəyir.

Tədbirin təşkilində uşaq tədbirlərin təşkili ilə məşğul olan “EvensLab” şirkəti dəstəyini göstərmişdir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: