EventsTəqdimat

“CinemaPlus Xəmsə” kinoteatrında “Kəklikotu” kino-komediyasının imza günü keçirilib

Gəncə şəhərində yerləşən “CinemaPlus Xəmsə” kinoteatrında “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” kino-komediyasının imza günü keçirilib.

Tədbirdə filmin yaradıcı həyəti iştirak edib və qonaqlarla şəkil çəkdirərək avtoqraf paylayıblar.

“Kəklikotu” kino-komediyasının baş prodüseri Cəfər Axundzadə çəkiliş prosesində baş verən maraqlı hadisələrdən danışıb. Daha sonra yaradıcı heyət tamaşaçılarla birgə zala daxil olaraq filmi izləyiblər.

Film tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Yaradıcı kollektiv filmin komediya həvəskarlarının ürəyini fəth edəcəyi ilə bağlı xoş sözlərə və ümidlərə görə minnətdarlığını bildirib.

Filmin süjetinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil. Əsl macəra da, elə bu məqamdan başlayır.

Qeyd edək ki, filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!