“CinemaPlus”da azərbaycan dilində “Mauqli Yad Planetdə” animasiya filminin nümayişi keçirilir

“CinemaPlus” kinoteatrlar şəbəkəsi  2019-cu ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən Fransa istehsalı olan “Mauqli Yad Planetdə” animasiya filminin nümayişlərinə başlayıb.

Filmi səsləndiriblər Aysun Ələskərova, Vügar Hüseynov, Vüsal Həci-Qədir, Gülnarə Zulalova və Aytac Vəlibəyli.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru və tərcüməçisi Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Erik Tosti.

Film haqqında qısa məlumat: Meteorit yağışına düşən gənc kosmik tədqiqatçı Villi naməlum planetə düşür. Robot Bakın köməyi ilə o, öz ailəsinin xilasedici missiyası gələnədək sağ qalmalıdır. Lakin Bakın batareyası bitmək üzrədir. Villi Bakı xilas edib evə qayıtmaq üçün, yeni dostlar tapmalı və vəhşi planetin cəngərlik qanunları ilə yaşamağı öyrənməlidir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: