“CinemaPlus”da azərbaycan dilində “Qar yarışları” animasiya filminin nümayişi keçirilir

“CinemaPlus” kinoteatrlar şəbəkəsi  2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən Kanada istehsalı olan “Qar yarışları” animasiya filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.

Animasiya filmini səsləndiriblər Islam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova.

Cizgi filminin rejissoru Benua Qodbutdur.

Cizgi filmi haqqında qısa məlumat: Gözəl mənzərəli bir kənddə, Kanadanın qarlı dağlarında uşaqlar əsl idman yarışı – Qar yarışları təşkil edirlər! Hər iştirakçı yarışa öz məsuliyyətilə yanaşır və öz xizəyini özü düzəldir. Amma, başqa idman növlərində olduğu kimi, qar yarışları da yalansız ötüşmür, axı hamı qalib olmaq istəyir!

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: