“CinemaPlus”da azərbaycan dilində yeni “Sirli Toy Store” cizgi filminin nümayişi keçirilib

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Ana dilinin təbliği” layihəsi çərçivəsində “The Toy Store Azerbaijan”nın dəstəyi ilə 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş yeni “Sirli Toy Store” cizgi filminin nümayişinə başlayıb.

Dublyajın rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdülhəsənov, səs rejissoru Orxan Ağalarov, redaktor və tərcüməçi Vüqar Hüseynov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.

Animasiya filmini səsləndiriblər Rövşən Məmmədli, Elşən Rüstəmov, Elman Rəfiyev, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Vüsal Mustafayev, Vüsal Hacıqədir, Vagif Aslanov, Müşviq Mirzəzadə, Vüqar Hüseynov, Mətanət Abbas, Nəcibə Hüseynova, Nəzakət Şahbazi və Zemfira Əbdülsəmədova. Uşaq rollarını dublyaj ediblər: Cavad, Səid və Cahangir.

Ailəvi cizgi filminin rejissoru Qeri Vandır.

Film haqqında qısa: Taymbot robotu kosmik gəmi qəzaya uğrayandan sonra Yer kürəsinə, oynayan və sakit həyat yaşayan oyuncaq mağazasına düşür. Mağazanın oyuncaq sakinləri gecələr isə köməkçiləri Şmıqun və Piskunun köməyi ilə qonşu mağazadan dostlarını oğurlayan “Zirzəmi Hökmdarı” ilə bir-birilərini qorxudurlar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: