“CinemaPlus”da Cem Yılmazın iki filmi nümayiş olunub

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Cem Yılmazın çoxdan gözlənilən “Karakomik filmler” komediyasının premyerası baş tutub.

Frame.az xəbər verir ki, tamaşaçılar iki filmi birdən izləyiblər.

Ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir. İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.

Ayzek rolunu Cem Yılmaz ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur.

Filmlərdə baş rolları Zafer Algöz, Özkan Uğur canlandırıb.

Tədbirin sponsorları “Cinema Distribution” və “Şeh Su” olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: