“CinemaPlus”da Ceyms Bondun təqdimatı keçirildi

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Agent 007 pərəstişkarlarını möhtəşəm sürpriz gözləyirdi. Ceyms Bondun ” Ölmək vaxtı deyil ” filminə bilet alan tamaşaçılar üçün “Bolşoy Prazdnik” şirkətindən dekorasiya təşkil edildi.

Ceyms Bond filmlərinin saundtrekləri də daxil olmaqla məşhur filmlərin mahnılarını ifa edən “Avanqard” Kamera Orkestrinin konserti tədbirə xüsusi bir atmosfer bəxş etdi.

Baş qəhrəmanın obrazı foto və video çəkilişlərində fəal iştirak etdi və “Light in Black” kreativ şirkətinin xüsusi ssenarisi əsasında videoda da rol aldı.

CeymsBondun makiyajını “Make-up Academy” peşəkar məktəbinin müəllimi Natalya İsmaylova etdi. Kostyumu aktyora “Emiland” şirkəti təqdim edib.

Filmin rejissoru Keri Fukunaqa. Baş rollarda Ana de Armas, Deniel Kreyq və Lea Seydu.

Film haqqında qısa məlumat: Ceyms Bond xəfiyyəlik xidmətindən ayrılıb və Yamaykada sakit həyat tərzi sürür. FTB-dən olan köhnə dostu Feliks Leyter adadan kömək istədiyi zaman isə hər şey dəyişir. Qaçırılan alimi xilas etmək missiyası düşündüyündən də təhlükəlidir. Bond təhlükəli texnoloji silahlarla silahlanmış məxfi bir cani tərəfindən tələyə salınır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: