Cinema

“CinemaPlus”da “Cinemazadeh dublyaj həftəsi”nə start verilib

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 28-dən oktyabrın 7-dək “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilində dublyaj olunmuş filmlərin həftəsi keçirilir.

Tamaşaçılara “Super alibi”, “Spark. Bəşəri Qəhrəman” (animasiya filmi), “Sualtı era” (animasiya filmi) və “Bəd Santa 2” kimi filmlər nümayiş olunacaq.

“Super Alibi” fransız komediyasını əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Oksana Rəsulova, aparıcı Günel Hümbətova, Vüsal Xalıqoğlu, Vüsal Murtuzəliyev, peşəkar aktyor Rövşən Məmmədli, həmçinin 15-dən artıq peşəkar aktyorlar səsləndiriblər.

“Spark. Bəşəri Qəhrəman” ailəvi animasiya filmini əməkdar artist Murad Dadaşov, Sənubər İsgəndərli, Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir və Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar dublyaj etmişdilər.

“Sualtı era” ailəvi animasiya filmini Miri Yusif, Sevda Ələkbərzadə, Cin, Samirə Əfəndi, Ülfət Bəşir, Rəhim Rəhimov, Elnur Hüseynov, Azər Aydəmir, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Tural Əsədov, Səid Məmmədov, Samirə Cazzi və Müşfiq Mirzəyev dublyaj ediblər.

“Bəd Santa 2” komediyasını səsləndiriblər: əməkdar artist Sənubər İsgəndərli, Nura Suri, Murad Arif, Zaur Şəfiyev və Xələf Cəfərov.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!