“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” filminin ekskluziv nümayişi keçirilib

“Gənclik Mall” TM-də yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı myuziklın eksluziv nümayişi keçirilib.

Tədbirdə qonaqlar arasında iştirak edən məşhur səs rejissoru Azad Vəliyev filmə baxdıqdan sonra öz rəyini vermişdir:

“Dolby Atmos formatında “Mamma Mia! 2” myuzikl filmi əlbəttə ki, tamaşaçılara əsl hədiyyədir və filmi izləyən hər kəs xeyli həzz alacaqdır. Film onunla maraqlıdır ki, filmdəki musiqi tərcümə və dublyaj olunmayıb. Musiqi orijinal olaraq səslənir, hansı ki, səsin keyfiyyətindən və filmin rejissoru göstərmək istədiyi hər şeydən həzz almaq imkanı verir. Mənə, səs rejissoru olaraq ingilis dilində mahnı yollarından sonra rus dublyajına keçidi izləmək çox maraqlı idi. Ona görə, kinoda səs və texniki hissə ilə maraqlanan adamlara da gəlib, qulaq asıb, izləmək və filmə Dolby Atmos formatında baxmaq çox maraqlı olacaq”.

“Mamma Mia! 2”  – amerikalı rejissor Oliver Parkerin əfsanəvi Mamma Mia! myuziklın kinoadaptasiyasının ikinci hissəsidir.

Rollarda Kristin Baranski, Lili Ceyms, Amanda Sayfred, Dominik Kuper, Pirs Brosnan, Endi Qarsiya, Culi Volters, Kolin Fert, Stellan Skarsqard, həmçinin Şer və Meril Stri. Bundan başqa filmin produseri rolunda ABBA qrupunun iştirakçıları, filmə öz mahnı və musiqilərini hədiyyə edən Benni Andersson və Byern Ulveus çıxış ediblər.

Film haqqında qısa: Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kimi rəqs etmək və bir könüldən min könülə aşiq olmaq – bundan yaxşı nə ola bilər? Nəinki,  yay, hətta bütün həyat üçün möhtəşəm plandır!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

 Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: