CinemaTəqdimatƏyləncə

“CinemaPlus”da dünya bestsellerinin azərbaycan dilində nümayişi keçirilir

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi dünya bestsellerinin əsasında çəkilmiş və 2019-ci ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Tim Taler və ya Satılmış gülüş” ailəvi filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadə.

Filmi səsləndiriblər Aqil M. Quliyev, Əlixan Rəcəbov, Çiçək Abbasova, Toğrul Rza və Vüsal Hacıqədir.

Filmin rejissoru Andreas Drezendir.

Film haqqında qısa məlumat: Tim Taler adlı uşaq həyatda ən çox gülməyi sevirdi və onun gülüşü dəhşətli dərəcədə keçici idi. Bir gün Tim at yarışları zamanı qəribə bir kişi ilə tanış olur, hansı ki, ona maraqlı bir sövdələşmə təklif edir: Tim ona öz gülüşünü satır və bundan sonra o, bütün mərcləri udacaq…

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!