CinemaEventsTəqdimat

“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azərbaycan dublyajı

Premium kinoteatr “CinemaPlus” ilk dəfə olaraq 18+ reytinqli azərbaycan dilində peşəkar dublyaj olunmuş “Hamıya qarşı” filminin nümayişinə başlayıb. Bundan sonra yalnız xarici dildə deyil, həmçinin azərbaycan dilinə dublyaj olunmuş filmlər də nümayiş olunacaq.

Dublyaj prosesi asan deyil.”CinemaPlus” kinoteatrı öz tamaşaçılarına filmdə, ekranda deyilənlərin mənasını çatdırmaq istəyir. Səs və avadanlıqlar öz işinin peşəkarı, keyfiyyət göstəricisi olmalıdır.

Frame.az xəbər verir ki, “Hamıya qarşı” filmi “Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın redaktoru Xətai Əli, səs rejissoru Azad Vəliyevdir.

Filmi səsləndiriblər: Elmir Məhərrəmov, Oleq Əmirbəyov, Tural Əsədov, Zaur Şəfiyev, Kamran Ağabalayev, Xələf Cəfərov, Xətai Əli, Xumar Quluzadə, Taleh Yüzbəyov, Ofeliya Novruzqızı və başqaları.

Kriminal komediya filminin rejissoru Con Maykl MakDondur. Filmdə rolları Aleksandr Skarsqard, Teo Ceyms, Tessa Tompson və Maykl Penya kimi aktyorlar oynayıb.

Film haqqında qısa məlumat: Nyu-Yorkdan olan iki rüşvətxor polis əllərinə imkan düşən kimi qabağlarına çıxan hər kəsi sıxışdırırlar. Tale onlara bir milyon dollar qazanmaq şansı yaradır, lakin həmin şansa qəribəliklərə meyli olan ingilis lordu da iddia edir. Haqlı şikar mübarizəsində ortaqlar lordun bəzi sirlərini öyrənirlər və əvəz çıxmağa qoşulurlar. Ədalət uğrunda mübarizədə – pis polislər yeni nəsə dadmağa tələsirlər…. lakin görün onlar ədaləti necə başa düşürlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. Frame.az

http://https://youtu.be/voSDpLtD77w

1479545647_0-1

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!