“CinemaPlus”da “Labirintdə qaçan” filminin premyera öncəsi nümayişi keçirilib

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında fantastika, triller, savaş janrında olan “Labirintdə qaçan: Ölüm əleyhinə dərman” filminin premyera öncəsi nümayişi keçirilib.

Film, bir çox tamaşaçılar tərəfindən sevilən “Labirintdə qaçan” məşhur trilogiyanın final hissədir. Baş qəhrəmanlar yenə bir çox təhlükəli sınaqlardan keçmək məcburiyyətindədirlər.

Filmin rejissoru Ues Bolldur. Baş rollarda Walton Goggins, Kaya Scodelario, Dylan O’Brien ifa edirlər.

Qısaca film haqqında: Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, POROK tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdır. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: