CinemaEventsTəqdimat

“CinemaPlus”da “Məşhur gəlin” komediya filminin qala gecəsi olub

Gənclik Mall TM-də yerləşən Azərbaycanın “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Məşhur gəlin” filminin qalası keçirilib.

Qalada filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

“AS Media”nın istehsalı olan ekran işinin baş prodüserləri Sarvan Allahverdiyev və Cavid Gül, icraçı prodüseri Sərxan Qədimov, koordinatoru Zaur Darabzadə, ssenari müəllifləri Elsəvər Camal və Azər Səlimli, səs rejissoru İslam Şirvanidir.

Rejissor Rafael Bağırovdur. Rollarda Afaq Gəncəli, Rəsul Abbasov, Mənsur Şərif, Şəhriyar Əbilov, Cavid Gül, Kamil Zeynallı ifa ediblər.

Filmin süjet xəttinə görə, Gəncəli Vaqif Afaq Gəncəlini dəlicəsinə sevən, fanatik fanatıdır. Afaq Gəncəlini bu dərəcədə sevən insanın başına gələcək ən gözəl hadisə təbii ki, Afaqın onun maşınına minməsi idi. Vaqifin taksisi ilə hava limanına gedən Afaqın çantası onun maşınında qalır. Vaqif çantanı götürüb Afaq minən təyyarənin arxasınca qaçsa da, çantanı Afaqa verə bilmir. Vaqif maşın alverçisi olan dostu Etibardan Bakıya getmək və çantanı Afaqa vermək üçün kömək istəyir. Çantanı Afaqa vermək üçün yola çıxan dostların başına hadisələr gəlir.

Film martın 29-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!