“CinemaPlus”da “Qa-Qa-Qaz” animasiya filminin peşəkar Azərbaycan dublyajında nümayişi baş tutub

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Çin və ABŞ istehsalı olan “Qa-Qa-Qaz” animasiya filminin nümayişi baş tutub.

Filmi Əlixan Rəcəbov, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Elşən Rüstəmov, Müşfq Mirzəyov, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Xətai Əli, Rövşən Məmmədli, Səid Nizami, Elman Rəfiyev və Zemfira Əbdülsəmədova səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ailəvi komediya cizgi filminin rejissoru Christopher Jenkinsdir.

Animasiya filmi haqqında qısa məlumat: Pem – şən, özündənrazı və uğursuzdur. O, hər dəfə qəribə vəziyyətlərə düşür və bununla da yaxınlarını təhlükəyə atır. O hər zaman cəzalardan yan keçə bilirdi, lakin bu dəfə yox… O qanadından aldığı xəsarətə görə uğursuz eniş edərək yerə düşür. Yerə düşərkən o, az qala iki balaca qaz balasını əzsin. Lakin öz pis və qeyri-ciddi xasiyyətinə baxmayaraq, Pem balacalara qayğı göstərir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: