Cinemazadeh studiyası yeni – Şairzadə sosial layihəsini təqdim edir

Cinemazadeh studiyası yeni – Şairzadə sosial layihəsini təqdim edir. Azər Türk Bank-la birgə hazırlanan şeir layihəsi Azərbaycan dilinə dəstək xarakteri daşıyır.
Məşhur şairlərimizin məşhur şeirlərini qısametrajlı film kimi təqdim edərək ədəbiyyatımıza yeni nəfəs verməyi düşünən Cinemazadeh komandası ilk olaraq Novruz bayramı ərəfəsində dahi şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir hissəni ekranlaşdırıb.
Ekran işində şeiri Xalq artisti Şamil Süleymanlı səsləndirib. Layihənin ideya müəllifi və baş prodüseri Cəfər Axundzadə, baş redaktoru Xətai Əli, ssenari müəllifi Vüqar Hüseynov, icraçı prodüderi İsmayıl Bağırovdur.
“Heydərbabaya salam” qısametrajlı filminin quruluşçu rejissoru Taleh Yüzbəyov, quruluşçu operatoru Rauf Qurbanəliyev, Post-prodakşn supervayzeri Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyevdir.
Qeyd edək ki, layihə çoxseriyalı nəzərdə tutulub və hər bir şeirə tanınmış rejissorlar quruluş verəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: