EventsMədəniyyətTeatrTəqdimat

Cırtdan Musiqili Teatra Yeni il macərası ilə gəldi

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrı balaca teatrsevərlərə gənc rejissor Ayla Osmanovanın quruluşunda xalq nağılımız “Cırtdan”ın motivləri əsasında hazırlanan “Cırtdanın Yeni il sərgüzəştləri” tamaşasını təqdim edib

Frame.az xəbər verir ki, səhnə əsərinin rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və oyunları onlarda bayram əhval-ruhiyyəsini daha da artırıb və zövq verib. Uşaqlar tamaşaboyu biri-birindən maraqlı qəhramanlarla – ağıllı Cırtdan, sehirli Div və onun şirin balası- Totu, Meşə pərisi, Ceyran, Odunçu baba, Çiçək, Mustafa, bayram sovqatlı Şaxta baba və Qar qızla canlı ünsiyyət qurmağa, onlarla yaxından tanış olmağa can atıblar, aktyorların ifalarını alqışlarla qarşılayıblar. Sonda Şaxta babanın ərmağan etidiyi özünəməxsus hədiyyələr körpələrə xoş anlar bəxş edib.

Xatırladaq ki, 28 dekabr 2018-ci il tarixindən nümayişinə start verilən bu  tamaşa  4-yanvar 2019-cu il  tarixinə qədər gündə 4 seans olmaqla (saat 10:30, 12:30, 14:30, 16:30-da) göstəriləcək.

Səhnə əsərində sevimli aktyorlar – Əməkdar artist Novruz Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev, Əli Kərimov və Elnur Zeynalov oynayırlar. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!