“Çiten” Teatrının təcrübəsi “YARAT”ın səhnəsində

Noyabrın 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində Yapon teatrı və “Çiten” Teatrının təcrübəsindən “Mən səni sevirəm demək olarmı?” adlı nümunələr təqdim olunacaq.

Frame.az xəbər verir ki, “Çiten” Teatrının rejissoru Motoi Miura mühazirəsində auditoriyanı yapon mədəniyyəti və teatr ənənələri ilə tanış edəcək, həmçinin “Çiten” Teatrının quruluşlarının nümunəsində Çexov, Şekspir və Brextin mətnləri ilə iş təcrübəsindən bəhs edəcək. Realizmdən büsbütün imtina edən teatr kollektivi, müasir tamaşaçı üçün klassik mətnləri yenidən aktual və maraqlı etməyi bacarıb.

Motoi Miura “Çiten” Teatrı ilə 2001-ci ildə əməkdaşlıq etməyə başlayıb və ilk olaraq, yapon səhnəsi üçün Con Foss və Devid Harroverin əsərlərini adaptasiya edib. 2005-ci ildə onun rejissor işi “Toqa” mükafatına layiq görülüb. 2007-ci ildən başlayaraq ötən dövr ərzində Miura A.Çexovun əsərləri əsasında dörd tamaşa yaradıb və “Albalı bağı” tamaşasına görə Mədəni Məsələlər Agentliyinin “Rejissorluqda yeni söz” kateqoriyası üzrə mükafatına layiq görülüb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: