ÇİYƏLƏK PUDİNQLİ KEKS

Lazım olan ərzaqlar:

• 3 yumurta
• 3 su stəkanı un
• 1 su stəkanı şəkər
• 1 su stəkanı duru yağ
• 1 su stəkanı süd
• 1 paket qabartma tozu
• 1 paket vanil
• 3 xörək qaşığı kakao

Pudinq üçün:
• 1 paket çiyələkli pudinq
• Süd

Hazırlanması:
Yumurtaları 2 su stəkanı şəkər ilə birlikdə yaxşıca çırpın. Süd və duru yağ əlavə edib, daha sonra qarışığa un, qabartma tozu, vanil, kakao və digər vəsaitləri əlavə edin. Qarışığı yaxşıca qarışdırdıqdan sonra əvvəlcədən yağlanmış keks qabına boşaldın. 180°C nizamlı sobada 40-45 dəqiqə bişirin. Sobanı bağlayaraq 10-15 dəqiqə sobanın içində saxlayın. Soyuduqdan sonra pudinq paketinin arxasındakı göstərişlərə görə bişirin. Pudinq soyuduqdan sonra keksin üzərinə tökərək soyumadan xidmət edin.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: