Bizim Aşpaz

Çiyələkli cheese cake

Sizə, Emin ustamızın hazırladığı və sizlərlə bölüşdüyü Cheese cake reseptini təqdim edirik.
Cheese cake hazırlamaq üçün aşağıdakı ərzaqlar lazım olacaq.

Biskiviti üçün:

Peçenye-2 paçka
Kərə yağı-60qr
Kremi üçün:
Süd-1litr
Şəkər tozu – 200 qr
Nişasta – 4 xq
Kərə yağı – 20qr

Üzəri üçün:

Çiyələk jelesi – 1paçka
Hazırlanması: Peçenyelər əzilir, içinə kərə yağı əlavə edilir və qatışdırılır. Əl ilə qaba yayılır. Kremi üçün bir qazana südü əlave edib üzərinə şəkər, nişasta əlave edib qatılaşana qədər qatışdırılır. Üzərinə kərə yağını əlavə edib qazdan götürürük. Soyuduqda, biskvitin üzərinə əlavə edib soyumağa qoyuruq. Jeleni əlavə edib 1 saat soyuducuda saxlayırıq. Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!