IqtisadiyyatSosialTəqdimat

Coca-Cola əməkdaşları və ASAN Könüllüləri aztəminatlı ailələrə ərzaq payladılar

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstəyi davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a verilən məlumata görə, “Coca-Cola” Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Birlikdəyik” sosial yardım layihəsi çərçivəsində ASAN könüllüləri və “Coca-Cola” əməkdaşları tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Sentyabradək davam edəcək layihə 4000-dən artıq ailə üçün yardımı əhatə edir.

Sosial aksiyaya 4 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən tədbirlə start verilib. Tədbirdən sonra könüllülər ərzaq yardımlarını ünvanlara çatdırmaq üçün yola düşüblər. Ərzaq yardımı müraciətlər əsasında tərtib olunan siyahılar üzrə Bakı və bölgələrdə yaşayan ailələrə çatdırılacaq.

Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN könüllüləri və “Coca-Cola”nın birgə fəaliyyəti nəticəsində “Birlikdəyik” layihəsi çərçivəsində karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunacaq və aztəminatlı ailələr ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin ediləcək.

Bundan başqa, layihədə COVID-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!