“Coca-Cola” “Azerbaijan Fashion Week” layihəsinin tərəfdaşı olub

“Coca-Cola” şirkəti 23-27 may tarixlərində Bakıda keçiriləcək “Azerbaijan Fashion Week” (AFW) – beşinci yubiley payız-qış 2017/2018 mövsümünə təşkilati dəstək göstərir.“Coca-Cola” şirkəti sözügedən tədbirə təşkilati dəstək göstərərək iştirakçıları və tədbirin bütün qonaqlarını sərinləşdirici içkilərlə təmin edəcək.

Tədbir paytaxtın ən orijinal məkanlarından sayılan Daş salnamə muzeyi və “İçərişəhər”Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində təşkil olunur.

Belə ki, AFW-nin təşkilatçılarının məqsədi həm yerli əhalinin, həm də sözügedən tədbiri Bakıda ənənəvi şəkildə ziyarət edən çoxsaylı qonaqların ölkənin milli dəyərlərinə olan marağını artırmaqdır. Bu səbəbdən 24-25 may tarixlərində İçərişəhərdə müxtəlif ölkələrin, həmçinin də Azərbaycanın milli geyimləri nümayiş olunacaq. Eyni zamanda, AFW inkişaf etməkdə olan dəb sənayesinin Azərbaycanda tanınmasına və istedadlı dizaynerlərə əl işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasına yönəlib.

Xatırladaq ki, AFWtədbiri ildə iki dəfə – may və noyabr aylarında keçirilir. İlk dörd mövsüm çərçivəsində Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Latviya olmaqla məşhur dizaynerlərin 60-dan çox dəb nümayişi baş tutub.Tədbirdədəb sənayesi üzrə beynəlxalq mütəxəssislər, həmçinin dəb pərakəndə şəbəkəsi və mağazalarının alıcıları, beynəlxalq və yerli jurnalların nümayəndələri iştirak edirlər.

“Ölkəmizdə təşkil olunan “Azerbaijan Fashion Week” kimi beynəlxalq layihədə tərəfdaş qismind’ iştirak etməkdən məmnunuq. Bilirsiniz ki, heç bir beynəlxalq tədbir beynəlxalq tərəfdaşlarsız olmur. “Azerbaijan Fashion Week” layihəsinin tərəfdaşı olmaqda məqsədimiz həm yaradıcı gənclərə dəstək olmaq, həm də “Coca-Cola”nın dünyanın ən tanınmış brendlərindən biri olaraq hər zaman dəbdə olmasını görsətməkdir”, – deyə “Coca-Cola” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

Ənənəvi olaraq AFW zamanı şourum da istifadəyə açıq olacaq  ki, qonaqlar həm nümayişlərdə göstəriləcək geyimləri, həm də digər geyimləri dizaynerlərin özlərindən əldə edə biləcəklər. Bundan başqa, “Fashion-retail” biznesinin nümayəndələri dizaynerlərlə şəxsən tanış olmaq, sifariş və əməkdaşlıq haqda danışıqlar aparmaq imkanı qazanacaqlar.

Bildirək ki, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər”Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: