“Coca-Cola” jurnalistləri təbrik edərək “Bilirsinizmi” səhifəsini təqdim edib

Dünyanın ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Azərbaycanda Milli Mətbuat Günü münasibətiləmedia nümayəndələrini bir araya toplayaraq onların peşə bayramlarını təbrik etdi. “Park Cinema” kino zalında təşkil edilmiş tədbirə xəbər saytları, agentliklər və TV kanalların 30-dan artıq nümayəndəsi qatıldı.

Jurnalistlərlə görüşdə çıxış edən Coca-Cola şirkətinin Qafqaz Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu etdi. Tədbir zamanı həmçinin “Coca-Cola”nın “Bilirsinizmi?” onlayn səhifəsinin təqdimatı da keçirildi. “Bilirsinizmi?” səhifəsində“Coca-Cola” şirkəti haqqında maraqlı faktlar, məhsul haqqında tez-tez soruşulan suallarvə eyni zamanda istehlakçılar arasında yayılan bəzi əsassız  şayiələrə dolğun cavablar təqdim edilir.

“”Coca-Cola” şirkəti adından ölkə mediasını təmsil edən dostlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Jurnalistlər hər zaman cəmiyyəti ictimai maraq kəsəb edən məsələlər, o cümlədən iqtisadi əhəmiyyətli mövzular haqqında məlumatlandırırlar. Ölkənin qeyri-neft sektorunda önəmli payı olan “Coca-Cola” şirkəti, onun məhsulları, istehsal fəaliyyətində yenilikləri, sosial layihələri haqqında insanlara doğru məlumatı çatdıran hər bir media qurumu və nümayəndəsinə dərin minnətdarlığımızı bildiririk” – deyə şirkət nümayəndəsivurğuladı. Elşad Fərzəliyev, həmçinin, mətbuat nümayəndələrinə yenicə istifadəyə verilmiş“Bilirsinizmi?” səhifəsinin “Coca-Cola” istehlakçıları arasında tanıdılması üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Tədbirdə iştirak edən Azərbaycanın məşhur həkim-dietologu Tutu Zeynalova istehlakçıların suallarını cavablandıran və onları narahat edən bir sıra məsələlərə aydınlıq gətirən belə bir səhifənin hazırlanmasını müsbət addım kimi qiymətləndirdi: “Hamımız bilirik ki, sərinləşdirici içkilər geniş istehlak edilən qida məhsuludur və istehlakçıların həmin məhsullarla bağlı həmişə sualları olur. “Coca-Cola” şirkətinin məsuliyyətli istehsalçı kimi istehlakçıları maraqlandıran və hətta narahat edən suallara dair belə maarifləndirici vəsait hazırlayıb təqdim etməsini alqışlayıram. Hesab edirəm ki, bu təşəbbüs ölkədə qida təhlükəsizliyi sahəsində maarifləndirmə işinə xidmət edir”

Görüş zamanı media nümayəndələri “Coca-Cola” şirkətinin məhsulları haqqında müxtəlif sualların cavabları ilə tanış oldular. Şirkət nümayəndəsi səhifənin müxtəlif bölmələrini, məzmun rəngarənliyini nümayiş etdirdi, cavabları hazırlayan mütəxəssislər haqqında məlumat verdi.

Aşağıdakı linkə daxil olaraq, “Coca-Cola” məhsualları haqqında sizi maraqlandıran suallara cavab tapa bilərsiniz:

http://www.coca-cola.az/az/bilirsinizmi/#

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: