“Coca-Cola” könüllüləri təbrik edib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN ximət”) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib.

Forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə universitetdə tələbələrə hər zaman aktiv vətəndaşlıq ideyasının aşılandığını bildirib. Prorektor könüllülük prinsipinin inkişaf etdirilməsi üçün bütün təşkilatların və qurumların əməkdaşlığının vacibliyini vurğulayıb. F.İsmayılzadə könüllük hərəkatının daha da inkişaf edəcəyinə ümidvar olduğunu və bu işə dəstək olan qurumlara, o cümlədən “Coca-Cola” şirkətinə öz minnətdarlığını bildirib.

Daha sonra, “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycanda hazırki könüllülük hərəkatının uğurlarını vurğulamış və könüllüləri təbrik ediblər.

“Coca-Cola” şirkətinin Qafqaz üzrə regional meneceri Adrian Çernautan gəncləri könüllülər günü münasibətilə təbrik etdi və onlara “Coca-Cola”-nın sosial layihələrində aktiv iştiraklarına görə təşəkkür etdi: “Biz “Coca-Cola” olaraq könüllülərin böyük qüvvə olduğuna inanır və onların təşkilatlar, özəl sektor və cəmiyyət arasında oynadığı körpü rolunu yüksək qiymətləndiririk. Qeyd edim ki, “Coca-Cola” sadəcə qlobal içki şirkəti deyil, həm də fəaliyyət göstərdiyi ölkələrinsosial məsuliyyətli bir vətəndaşıdır. Cəmiyyətin inkişafı üçün, eyni zamanda, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çoxsaylı proqramlara dəstək oluruq və könüllülər də bu proqramların ayrılmaz bir hissəsidir. İnanırıq ki, tərəfdaşlar və könüllülərlə birlikdə insanların həyatında müsbət dəyişikliklərə nail ola biləcəyik”.

Bundan başqa, o, Azərbaycanda şirkətin bu istiqamətdə könüllülərin dəstəyilə həyata keçirdiyi uzun-müddətli layihələr haqqında məlumat verib. Belə ki, ADA Universiteti ilə birgə reallaşdırılan “Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində damcı suvarma sistemi ilə təchiz edilmiş 50 000-dək ağac əkilmiş, ASAN könüllüləri ilə birgə 9 ildir ki, ard-arda təşkil olunan sahilyanı ərazilərdə təmizlik aksiyaları baş tutmuş və regionda yaşayan minlərlə xanımı biznes fəaliyyətinə həvəsləndirən təlimlər keçirilmişdir.

Tədbirdə “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırır” müsabiqəsi üzrə ən yaxşı hekayə, ən yaxşı foto və video laureatları üzrə könüllülər təltif olunub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: