“Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin qalibi müəyyənləşib

“ABU Arena” idman kompleksində Azəbaycanda məktəblilərin ən irimiqyaslı futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku” yarışının2016/2017 mövsümünün qalibi müəyyənləşib. Qeyd etmək lazımdır ki, artıq 6 ildir “Coca-Cola” şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyi şagirdlər arasında “Coca-Cola Məktəbli Kuboku” futbol turnirini təşkil edirlər.

“Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və 2 Bakı komandası mübarizə aparıb. “ABU Arena” idman kompleksində keçirilən final qaçılaşmasında Suraxanı rayonunun 141 saylı orta məktəbinin komandası Qaradağ rayonunun 106 saylı orta məktəbinin komandasını 7:3 gesabı ilə məğlub edərək yarışın çempionu adını qazanıb. Turnirin bürünc mükafatına isə Qazaxın Aşağı Salahlı kəndinin orta məktəbinin komandasını 3:2 hesabı ilə məğlub edən Gəncənin 24 saylı orta məktəbinin komandası layiq görülüb.

«“Coca-Cola” şirkəti bütün dünya üzrə cəmiyyətin dayanıqlı inkişafına öz töhfəsini verir və “Coca-Cola Məktəbli Kuboku” məktəblilərin futbol çempionatı bunun bariz nümunəsidir. Sevindricidir ki, “Coca-Cola Məktəbli Kuboku” turnirinin Azərbaycandakı coğrafiyası hər il genişlənir, iştirakçıların sayı isə artır. Əminəm ki, sözügedən turnirin məzunları gələcəkdə Azərbaycan milli yığma komandasının oyunçuları sırasında yer alacaqlar», – deyə “Coca-Cola Bottlers Azerbaijan” şirkətinin baş direktoru Erdinç Güzel bildirib.

«“Coca-Cola Məktəbli Kuboku” turniri respublikamızın,demək olar ki, bütün bölgələrini əhatə edir. Bu, şagirdlər arasında keçirilən ən kütləvi idman tədbiridir. 6 il ardıcıl şəkildə bu turnirin keçirilməsi və gözəl nəticələr verməsi hamımızın uğurudur. Həm Təhsil Nazirliyinə, həm də “Coca-Cola” şirkətinə bu maraqlı futbol yarışının təşkilinə verdikləri töhfələr üçün minnətdarlığımı bildirirəm. Şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, “Coca-Cola Məktəbli Kuboku” turniri,həmçinin sağlam həyat tərzinin təbliğində də önəmli rol oynayır. Ümidvaram ki, bu yarış hər il yüksək səviyyədə keçiriləcək və şagirdlərin təhsildə olduğu kimi, futbolda da qazandığı uğurlar bizi sevindirəcək”, – deyə AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib.

Final matçından dərhal sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, fəxri diplom və xatirə hədiyyələri tədqim olunub. Bununla yanaşı, “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016/2017 mövsümünün “ən yaxşı oyunçu” adına Suraxanı rayonunun 141saylı orta məktəbinin komandasının kapitanıNicat Quliyev, “ən məhsuldar oyunçu” adına həmin komandanın oyunçusu Hüseyn Quliyev, “fair play” nominasiyasının qalibi adına isə Qaradağ rayonunun 106 saylı məktəbinin komandasının futbolçusu Ləman Həsənzadə layiq görülüblər.

Ötən ilin oktyabr ayında start götürən “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində ilk olaraq məktəblər daxilində yarış təşkil olunub və ya seleksiya aparılıb, daha sonra hər bir məktəbin yığma komandası yığılıb və 76 rayonun daxilində ilkin mərhələ keçirilib ki, burada ölkənin 1 584 komandası iştirak edib. Bu ilin mart-aprel aylarında layihənin rayon qalibləri arasında “play-off” mərhələsi təşkil olunub və nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.

VII siniflər arasında keçirilən bu turnirdə hər il təxminən 200 min məktəbli iştirak edir. Ümumilikdə, 6 il ərzində yarışda iştirak edənlərin sayı 1 milyondan artıq olub ki, bu da gənclər arasında idmanın təbliğində mühüm rol oynayır.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir.  “Coca-Cola Məktəbli Kuboku” futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: