“Coca-Cola Məktəbli Kuboku”nun qalibi müəyyənləşib

“ABU Arena” idman kompleksində Azəbaycanda məktəblilərin ən irimiqyaslı futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku”-nun 2017/2018 mövsümünün qalibi müəyyənləşib. Qeyd etmək lazımdır ki, artıq 7 ildir “Coca-Cola” şirkəti, AFFA və Təhsil Nazirliyi şagirdlər arasında “Coca-Cola Məktəbli Kuboku”nu təşkil edirlər.

Ötən ilin sentyabr ayında start götürən “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində ilk olaraq məktəblər daxilində yarış təşkil olunub və ya seleksiya aparılıb, daha sonra hər bir məktəbin yığma komandası formalaşdırılıb və 76 rayonun daxilində ilkin mərhələ keçirilib. Burada 1 600 komanda iştirak edib. Bu ilin mart-aprel aylarında layihənin rayon qalibləri arasında “play-off” mərhələsi təşkil olunub və nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.

“Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və 2 Bakı komandası mübarizə aparıb. “ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Binəqədi rayonu 126 saylı orta məktəbinin komandası Qazax rayonu Qazaxbəyli kənd orta məktəbinin komandasını 5:1 hesabı ilə məğlub edərək yarışın çempionu adını qazanıb. Turnirin bürünc mükafatına isə Mingəçevir şəhər Texniki Humanitar Liseyinin komandasını 3:2 hesabı ilə məğlub edən Masallı rayonu Ərkivan qəsəbəsinin 4 saylı orta məktəbinin komandası layiq görülüb.

“Bu yarışahər il yüz minlərlə məktəbli qatılır, futbol həyacanı yaşayır, futbola olan maraq və sevgisini reallaşdırır, yeni dostlar əldə edir, dünya görüşünü artır, bütün bunlar uşaqların ümumi inkişafına müsbət təsir göstərir.Sevindiricidir ki, “Coca-Cola Məktəbli Kuboku”nun Azərbaycandakı coğrafiyası hər il genişlənir, iştirakçıların sayı isə artır.İnanıram ki, bir neçə ildən sonra sizin aranızdan Azərbaycan millisinin oyunçularını görəcəyik”, – deyə “Coca-Cola Bottlers Azerbaijan” şirkətinin baş direktoru Erdinç Güzel bildirib.

“Turnir Azərbaycanın, demək olar ki, bütün bölgələrini əhatə edir və şagirdlər arasında keçirilən ən kütləvi idman tədbiridir. 7 il ardıcıl şəkildə bu yarışın keçirilməsi və gözəl nəticələr verməsi hamımızın uğurudur. Həm Təhsil Nazirliyinə, həm də “Coca-Cola” şirkətinə bu maraqlı futbol yarışının təşkilinə verdikləri töhfələrə görətəşəkkürümü bildirirəm. Şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, “Coca-Cola Məktəbli Kuboku”,həmçinin, sağlam həyat tərzinin təbliğində də önəmli rol oynayır. Ümid edirəm, bu yarış hər il yüksək səviyyədə keçiriləcək və şagirdlərin təhsildə olduğu kimi, futbolda da qazandığı uğurlar bizi sevindirəcək”, – deyə AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib.

“Coca-Cola Məktəbli Kuboku” futbolçuların yetişdirilməsi və ümumiyyətlə, Azərbaycanda çox populyar olan futbol idman növünün şagirdlər arasında geniş yayılması, həmçinin, məktəblər arasında sağlam rəqabət üçün olduqca maraqlı və faydalı idman yarışıdır”, – deyə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bildirib.

Final matçından dərhal sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, fəxri diplom və xatirə hədiyyələri tədqim olunub. Bununla yanaşı, “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017/2018 mövsümünün “ən yaxşı oyunçu” adına Binəqədi rayonu 126saylı orta məktəbinin komandasının oyunçusu Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına Binəqədi rayonu 126 saylı orta məktəbin oyunçusu Əmirxan Qurbanov, “fair play” nominasiyasının qalibi adına isə Qazax rayon Qazaxbəyli kənd  məktəbinin komandasının futbolçusu Fidan Məmmədova layiq görülüblər.

“Coca-Cola Məktəbli Kuboku”nun 2017/2018 mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın, ilkin mərhələdə isə 16000-dək məktəbli iştirak edib. 7 ildir təşkil olunan “Coca-Cola Məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir. “Coca-Cola Məktəbli Kuboku” futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: