“Coca-Cola” qadınları 8 mart münasibətilə təbrik edib

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qadınların inkişafına dəstək olan “Coca-Cola” şirkəti Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Bu məqsədlə “Coca-Cola” 6 mart tarxində baş tutan və ölkənin ən böyük qadın liderlik və sahibkarlıq forumu olan SHE (“Smart. Happy. Elegant.”) konqresində əsas tərəfdaşlarından biri qismində iştirak edərək maraqlı təqdimatla çıxış etmişdir.

“Coca-Cola” şirkəti artıq üçüncü ildir ki, qadın liderlik və sahibkarlıq forumu olan SHE (“Smart. Happy. Elegant.”) konqresinin tərəfdaşı qismində çıxış edir. Dünyanın hər yerində qadın liderliyinin dəstəklənməsi “Coca-Cola” fəaliyyətinin prioritet istiqamətlərindəndir və aparıcı sahibkarları və yolun başlanğıcında olan xanımları birləşdirən beynəlxalq forumda iştirak da Azərbaycan xanımları üçün bir bayram təbrikinə çevrildi. Forumun bütün qonaqlarına təbrik ismarıclı içkilər hədiyyə edildi.

Tədrbidə təqdimatla çıxış edən Azərbaycan Coca-Cola Bottler MMC-nin Təchizat Sistemləri Direktoru Rəna Məmmədova bunları qeyd etmişdir: “Coca-Cola” şirkəti Beynəlxalq Qadınlar gününü dünyada qadınların artan rolunu və onların sosial, iqtisadi, siyasi və mədəni sahələrdə nailiyyətlərini qeyd etməklə bayram edir. 2020-ci ilədək 5 milyon qadına iqtisadi dəstəyi nəzərdə tutan qlobal “5by20” təşəbbüsümüz bütün dünyada qadınların inkişafına verdiyimiz önəmingöstəricisidir. “Coca-Cola”-nın bu proqramıxanımlara biznes bacarıqları üzrə təlimlər və maliyyə imkanları ilə təmin edir. 2010-cu ildə əsası qoyulmuş təşəbbüs artıq Azərbaycan da daxil olmaqla 75 ölkədən 2,5 milyonadək qadını əhatə edib., Hökümət və qeyri-hökümət təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində dəstəklədiyimiz bu proqramdanAzərbaycanda 2000 qadın faydalanmışdır”.

Şirkətin nümayəndəsi “5by20” proqramının nəticələrinə istinadən bildirmişdir ki, qadın sahibkarlar üçün bərabər imkanların yaradılmasının həm cəmiyyətə, həm də ölkə iqtisadiyatına müsbət təsiri var.  Qadınlar işçi qüvvəsi olaraq dünyada görülən işlərin 66 %-ni yerinə yetirsələr də, dünyagəlirlərin yalnız 10%-nə sahib olurlar. Bu kiçik paya baxmayaraq, cəmiyyətin dayaq nöqtəsi olan qadınlar gəlirlərinin 90 %-ni uşaqların sağlamlığına və təhsilinə yatırırlar.

“Coca-Cola” şirkəti Azərbaycanda da qadınların inkişafına yönəlmiş müxtəlif proqramlar həyata keçirir ki, bunlardan “Uğurlu qadın, uğurlu gələcək” adlı layihə çərçivəsində Azərbaycanın turizm potensialı ilə tanınan Qəbələ, Masallı və Gəncə bölgələrində işsiz qadınlara onları bu sahədə sahibkarlıq fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyan turizm və sahibkarlıq üzrə təlimlər keçirilib.

Bundan başqa, “Coca-Cola” şirkəti BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Salyan və Neftçalada iki qadın resurs mərkəzi açıb. Hər iki mərkəz qadınların təşəbbüslərini dəstəkləyir və hazırda onların köməyi ilə 1000-dən çox kəndli qadın əlavə iqtisadi və sosial bacarıqlara yiyələnib, 79 məhdud fiziki imkanlı qadın yeni peşə bacarıqlarına yiyələnib və öz biznes-planlarını hazırlayıblar, 22 sahibkar qadın isə iqtisadiyyatın müxtəlif sahələrində şəxsi bizneslərini yaradıb. Layihə nəticəsində əyalətdən olan xanımlar tərəfindən 10-dan çox kiçik biznes fəaliyyətə başlayıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: