“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib

Alkoqolsuz yüksək keyfiyyətli içkilər istehsalının qlobal lideri sayılan “Coca-Cola” şirkəti Adrian Çernautanı Qafqaz regionu üzrə yeni direktor vəzifəsinə təyin edib.

Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.

Çernautan təcrübəsi 16 ili əhatə edir ki, bu müddət ərzində o, “Coca-Cola” və “KraftFoods/Mondelez” kimi mültimilli şirkətlərdə çalışıb. Adrian Çernautan premium və kütləvi brendlərin müxtəlif portfellərinin yaradılması və idarə edilməsi üzrə mütəxəssisdir. O, həmçinin, franşizaların idarə edilməsi üzrə sertifikatlaşdırılmış təliçmidir.

Adrian Çernautan “Coco-Cola” şirkəıtinin qlobal komandasına 2009-cü ildə qoşulub. O, Rumıniyada brend üzrə kommersiya direktoru və Moldova, Macarıstan və Avsriyada baş direktor vəzifələrində çalışıb.

“Qafqaz regionunda “Coca-Cola” şirkətinin biznesinə rəhbərlik etməyə olduqca məmnunam. Bu, mənim üçün tam yeni bazardı və mən maraqlı və brend və ictimaiyyət üçün vacib olan yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirəm, – deyə Adrian Çernautan bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: