“Coca-Cola” şirkəti “Tour d’Azerbaidjan” yarışına dəstəyi davam etdirir

Bakıda 18 ölkədən 22 komandanın iştirakı ilə “Tour d`Azerbaidjan 2017” beynəlxalq velosiped yarışı start götürüb. “Coca-Cola” şirkətiartıq 6 ildir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d`Azerbaidjan” yarışının etibarlı tərəfdaşıdır.

Bu tərəfdaşlığa əsasən “Coca-Cola” şirkəti “Tour d`Azerbaidjan” iştirakçılarının su və sərinləşdirici içkilərə olantələbatını təmin edəcəkdir. Belə ki,yarış zamanı“Coca-Cola” şirkətinin istehsalı olan“Coca-Cola”,”Coca-Cola Zero”,“Fanta”, “Sprite”, ”Fuse tea” kimi brendindən olan içkilər istifadə olunacaqdır.

Beş mərhələdən ibarət olan builki yarış mayın 3-dən 7-dək keçirəcək. İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ – Ağsu – Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Tour d`Azerbaidjan” Azərbaycan üçün önəmli beynəlxalq idman yarışlarından biridir. Bu yarış Azərbaycandavelosiped idmanının inkişafına təkan verməklə yanaşı,həm də ölkənin beynəlxalq idman aləmində  nüfuzunun artmasına da bir nümunədir. Turnirin Coca-Cola” şirkəti kimi beynəlxalq tərəfdaşlarının olması onun uğur göstəricilərindən biridir. Eyni zamanda, biz velosiped idman növünün də daxil olduğu və məktəblilərin ən iri idman proqramlarından biri sayılan “Olympic Moves” proqramının icrası çərçivəsində də həyata keçirilən tərəfdaşlığı yüksək qiymətləndiririk. Son illər Azərbaycanda velosiped idmanı üzrə təşkil edilən yarışlar insanlarda bu idmana marağın bir qədər də artmasına səbəb olub və biz də öz növbəmizdə “Coca-Cola” şirkəti olaraq, “Tour d`Azerbaidjan” yarışlarının tərəfdaşı qismində çıxış etməkdən məmnuniyyət duyuruq” – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

“Coca-Cola” şirkətinin nümayəndəsi əlavə edib ki, veloidman, yüngül atletika, badminton və 3×3 basketbol idman növlərinin daxil olduğu “Olympic Moves” məktəblilərin idman proqramı Milli Olimpiya Komtəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Velosipedçilər İttifaqı və “Coca-Cola” şirkətinin dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Biz “Coca-Cola” şirkəti ilə əməkdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq ölkədə veloidmanın inkişafına verilən töhfədir. Eyni zamanda, bizə potensial idmançılar bəxş edən “Olympic Moves” proqramının icrası çərçivəsində tərəfdaşlığımızı qeyd etmək istərdim. Bu proqram sayəsində velosiped məktəblərinə axın xeyli gücləndi. Öz məktəblərinin komandasına uğur qazandırmaq istəyən məktəblilər velosiped idmanı ilə daha peşəkar səviyyədə məşğul olmağa başladılar və onların içərisində kifayət qədər perspektivli yeniyetmə var”, – deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev billdirib.

Qeyd edək ki, 1903-cü ildə “Coca-Cola” şirkətinin reklam posterlərində təsvir olunmuş ilk idmançı dövrünün tanınmış velosipedçisi Cek Prins olub. 1953-cü ildə “Coca-Cola” şirkəti ilk dəfə olaraq məşhur “Tour d’France” yarışının sponsoru qismində çıxış edib. Ötən əsrin 60-cı illərin sonunda şirkət reklam çarxında “Coca-Cola” butulkası formasında olan velosipeddən istifadə edib. Sözügedən velosiped2015-ci ildəABŞ-ın Atlanta şəhərində yerləşən “Coca-Cola” muzeyindən Azərbaycana gətirilib və Azərbaycan Velosiped İdmanı Federasiyasının muzeyində saxlanılması üçün federasiyaya təqdim edilib. “Coca-Cola” şüşəsi formasında hazırlanmış bu velosiped şirkətin velosiped idmanına olan dəstəyinin və bağlılığının rəmzidir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: