EkologiyaFrame LifeTəqdimatƏn Son

“Coca-Cola” və ADA Universiteti növbəti yaşıllaşdırma aksiyasına start verib – artıq 40 min ağac əkilib

“Coca-Cola” və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən “Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. ADA Universitetinin tələbələri, “Coca-Cola”nın əməkdaşları və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlamişlar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ilde 40 mln litr suya qənaətə səbəb olur təmin edir.

“Ağac əkmək çətin iş deyil, lakin əkilmiş ağacın böyüməsi və davamlılığını təmin etmək lazımdır. Məhz buna nail olmaq üçün əkdiyimiz ağacları damcı suvarma sistemi ilə təchiz edirik. Son əkdiyimiz 10 min ağacdan yalnız 23-ü quruyub. Bu üsulla biz su ehtiyatlarımızı maksimum qorumağa çalışırıq ki, bu da Azərbaycan üçün həm daha çox ağac, həm də daha çox su deməkdir”, – deyə ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib.

Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına verdiyi önəmivurğulayıb:«“Coca-Cola” olaraq işlədiyimiz hər bir ölkənin inkişafı üçün irimiqyaslı proqramlara dəstək oluruq. ADA Universiteti ilə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhfə verək” layihəsi Azərbaycanda ekologiyanın inkişafı, ərazilərin yaşıllaşdırılması üçün böyük bir töhfədir. “Coca-Cola” Fondu tərəfindən maliyyələşdirilən bu layihə nəticəsində son 3 il ərzində Bakı şəhəri, eləcə dəƏlət və Siyəzən rayonları ərazisində ümumlikdə 40 min ağac əkilib. Hesab edirik ki, bu, yaşıllıq ərazisinin çox az olduğu Bakı və Bakı ətrafı bölgələrlə bərabərəhali üçün dəəvəzsiz bir töfhədir. Əminik ki, bu ağaclar qorunacaq və onlar uzun illər boyu təbiətə, iqlimin yaxşılaşdırılmasına xidmət edəcək».

Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində su ehtiyatlarından maksimum qənaətlə istifadə edərək kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunmasıdır. “Coca-Cola” və ADA Universitetinin ağacəkmə layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.

Tədbir zamanı qeyd edildi ki, 2014-cü ilin fevral ayından icrasına başlanan layihədə ümumilikdə 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Ələt, Siyəzən və Şıxovda daxil olmaqla44 hektara yaxın boş ərazilərdə 40 min zeytun və şam ağacları əkilib. Layihənin icrasına başlamazdan əvvəl bu ərazilərin yarısından çoxu ya kollarla örtülü və ya ümumiyyətlə səhralıq olmuşdur. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, həm də bütövlükdə eko-sistemin inkişafına öz faydasını verir. Sevindiricidir ki, ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olmaları üçün ərazilər daimi olaraq nəzarətdə saxlanılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!