“Coca-Cola” və AFFA Azərbaycana FIFA Dünya Çempionatının Kubokunu gətirirlər

“Coca-Cola” şirkəti FIFA Dünya Çempionatının Kubokunu 4-cü dəfə Dünya Turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə görsətmək üçün fevral ayının 9-da Kuboku Bakıya gətirəcək. FIFA Dünya Çempionatının Kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olanAFFA ilə birgə əməkdaşlıqda təşkil olunur.

“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA Dünya Çempionatı Kubokunun Turu” milyonlarla azarkeşlərə dünyanın ən böyük və ən gözlənilən idman hadisəsiolanfutbol üzrə 2018-ci il Dünya Çempionatının bir hissəsi olaraq ondən zövq almaq imkan verir.Bu möhtəşəm beynəlxalq turneni təşkil etməklə “Coca-Cola” və FIFA bütün futbolsevərləri ənənəvi olaraq FIFA Dünya Kubokunun qalibinə təqdim edilən mükafatın canlı şahidi olmağa dəvət edirlər. Bu hadisə futbolun ən möhtəşəm simvolunu görmək və bunun sevincini yaşamaq üçünminlərlə azarkeşlərin həyatında yeganə fürsət olacaq.

«“Coca-Cola” dünyada milyonlarla insanın ən sevilən idman növü – futbola olan sevgisini dəstəkləyir və paylaşır. Futbol üzrə dünya çempionatlarının tərəfdaşı olmaqla yanaşı, “Coca-Cola” milli futbol federasiyaları, o cümlədən AFFA ilə əməkdaşlıq edərək, Azərbaycanda da minlərlə yeniyetmənin futbol arzularının reallaşmasına yardımçı olur. Biz Dünya Kubokunu 9 fevral 2018-ci il tarixinə Azərbaycana gətirməyi planlaşdırırıq. FIFA Dünya Çempionatının Kubokuadi mükafat deyil, bu, həm də idman aləminin ən məşhur kuboku və insanları birləşdirən bir rəmzdir», – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Aleksandra Akkirman bildirib.

FIFA Dünya Çempionatının Kubokunun Turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min km məsafəni qətt edərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında başa vuracaq.

“İdman dünyasında FIFA Dünya Kubokundan daha çox istənilən və əlamətdar bir mükafat yoxdur.Bu Kubok insanları birləşdirən bir qüvvədir və bunun əhəmiyyətini hər kəs dəyərləndiri.Kuboku dünya futbol azarkeşlərinə təqdim etmək “Coca-Cola” ilə yenidən əməkdaşlıq etməyə çox şadıq“, – deyə FIFA-nın prezidenti Canni İnfantino qeyd etmişdir.

FIFA Dünya Kuboku 9 fevral 2018-ci il tarixində Heydər Əliyəv Beynəlxalq Aeroportuna gətiriləcək.Yerli KİV nümayəndələri hava limanında mətbuat konfransında iştirak etmək üçün dəvət olunacaq və onlara mükafatı öz gözləri ilə görmək imkanı veriləcək. Sonra mükafat “Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki,burada şəhərin sakinləri və qonaqları Dünya Çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.

FIFA Dünya Çempionatı Kubokunun Turunu şərh edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: “Dünya kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. “Coca-Cola” şirkəti və FİFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğatı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, “Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.

“Coca-Cola” tərəfindən təşkil olunanFİFA Dünya Kubokunun Turu haqqında son yenilikləri (növbəti səfərlər, eksklüziv müsahibələr, fotoşəkillər və videogörüntülər daxil olmaqla) əldə etmək üçün turun rəsmi saytını(www.fifa.com/trophytour),“Facebook”(www.facebook.com/trophytour)və“Instagram” (https://www.instagram.com/trophytour/)səhifələrini izləyin.

“Coca-Cola” şirkəti 1974-cü ildən FIFA-nın korporativ tərəfdaşıdır və 1978-ci ildən FIFA Dünya Kubokunun rəsmi sponsorudur. “Coca-Cola” 1950-ci ildən etibarən futbol üzrə hər bir dünya çempionatının stadionlarında reklam yerləşdirir və bütün səviyyələrdə futbolu dəstəkləyir. “Trophy Tour”  artıq dördüncü dəfədir FIFA və “Coca-Cola” şirkətinin birgə səyləri ilə keçirilir.

FIFA Dünya Kuboku mükafatının əsli yarışın qalib komandasına təqdim olunur, lakin FIFA-nın sərəncamında qalır.Qızıldan hazırlanmış 6,142 kiloqram ağırlığında olan mükafat Yer kürəsini öz üzərində saxlayan iki insan fiqurundan ibarət olan kompozisiyadan ibarətdir. Kubokun orijinal dizaynı 1974-cü ildə yaradılıb. “FIFA Dünya Çempionatının Kuboku” dünyada ən məşhur və bahalı idman rəmzlərindən biridir və ona yalnız FIFA Dünya Kubokunun keçmiş qalibləri və dövlət başçılardan ibarət olan məhdud sayda insan toxuna bilər. Qaydalara əsasən,FIFA Kubokunun mükafatı FIFA-nın sərəncamında qalır və FIFA Dünya Kubokunun qalib komandası mükafatın əslini müvəqqəti olaraq saxlayır, sonra isə mükafatın replikasını alır. Həmən replika FIFA Dünya Kubokunun qaliblərinin mükafatı olaraq adlanır və o yalnız qızıl suyuna salınır ki, üzərində turnirin adı, çempionatı qəbul edən ölkə və qalib ölkə haqqında məlumat həkk olunur.

“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA World Cup Trophy Tour” bütün dünya insanları üçün futbol tarixinə toxunmaq və bu idmana öz sevgisini bir-biri ilə bölüşmək üçün qeyri-adi bir imkandır. Orijinal kubokun bəxş etdiyi emosiyalar uzun müddət futbol həvəskarlarının yaddaşında qalacaq.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: