EventsIqtisadiyyatTəqdimat

Coca-Colanın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətində azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.

Frame.az xəbər verir ki, yeni vəzifədə Elşad Fərzəliyev Coca-Cola şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

Elşad Fərzəliyev 2014-cü ildən Coca-Cola şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.

Coca-Cola şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də Elşad Fərzəliyev bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.

Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən Coca-Cola şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!