Frame LifeTəqdimat

“Coca-Cola”nın Yeni il karvanı Azərbaycana bayram sevinci gətirir

“Coca-Cola” şirkəti uzun illərdir davam edən ənənəsinə sadiq qalaraq bu il də Yeni il Karvanı ilə insanlara bayram şənliyi bəxş etmək üçün Azərbaycanın müxtəlif bölgələrinə yola düşüb. Coca-Cola maşınlarından ibarət karvan canlı musiqi və sehrli karvan Santa Klausla birlikdə Azərbaycanın 8 şəhərini ziyarət edərək Bakıya qayıdacaq. Dekabrın 22-də Gəncəyə yola düşən Yeni il karvanı ayın 29-dan yanvarın 3-dək paytaxt sakinlərinin görüşünə gələcək, şəhərin mərkəzi meydanlarında konsertlər təşkil edəcək və bununla da bayram sevincini insanlarla paylaşacaq.

Bu ilki Yeni il karvanı «“Coca-Cola” ilə təşəkkür et» şüarı altında hərəkət edir. Bu şüarla “Coca-Cola” istehlakçılarını Yeni il üçün hazırlıq görən, bayram axşamının təşkilində əməyi olan hər kəsə təşəkkür etməyə çağırır.

“Yeni il hamımız üçün ən sevilən bayramlardan biridir. Bu bayrama insanlar xüsusi olaraq hazırlaşır, ləziz yeməklər bişirir, şənlik edirlər. Xalqımızın bayram əhval-ruhiyyəsinə sevinc qatmaq üçün ölkəmizin müxtəlif bölgələrinə Yeni il karvanı yolladıq. “Coca-Cola” ailəsi adından hər kəsi Yeni il və Dünya Azərbaycanlılıarının Həmrəyliyi Günü munasibətilətəbrik edir, xalqımıza firavanlıq arzu edirik. Evinizdə hər zaman bayram, şənlik olsun, süfrəniz bol olsun. Bayram süfrəsinin təşkilində zəhməti olanlara isə “Coca-Cola” ilə təşəkkür etməyi unutmayın”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə Kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

Bölgələrdən Bakıya qayıdan “Coca-Cola” Yeni il karvanı vətəndaşlara yorulmadan sevinclə xidmət edən, müxtəlif sosial layihələrə fəal dəstək olan ASAN könüllülərinə təşəkür etmək üçün yanvarın 3-də5 saylı ASAN Xidmət mərkəzini də ziyarət edəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!