Bizim AşpazDünya MətbəxiLəzzətli BölümMədəniyyətTəqdimat

“Coca-Cola”və məşhur bloqer Azərbaycanın milli mətbəxini təbliğ edirlər

“Coca-Cola” şirkətivə tanınmış azərbaycanlı fud-bloqer Fərhad Aşurbəyli Azərbaycan milli mətbəxinisosial mediada təbliğ edən layihə həyata keçirirlər. Layihə çərçivəsində bloqer ölkənin müxtəlif bölgələrindən milli yeməklərin hazırlanmasınınən sadə və dadlı yollarını onlayn media, eyni zamanda,“Coca-Cola Azərbaycan”ın sosial media kanalları vasitəsilə paylaşır. Ən aktiv sosial media “aşpazları” isə Fərhad Aşurbəyli ilə birgə yemək bişirmək imkanı əldə edirlər.

“Azərbaycan öz ləziz mətbəxinə görə bütün dünyada tanınır. Biz hamımız öz milli yeməklərimizi sevirik və onları bişirməkdən zövq alırıq. Son dövrlərdə internet həyatımızın ayrılmaz bir parçası olduğuna görə düşündük ki, Azərbaycan milli mətbəxini sosial mediada təbliğ edək. Bu səbəbdən, ölkənin müxtəlif bölgələrindən ən məşhur 15 yeməyi seçdik və bizə görə onların ən dadlı hazırlanma üsullarını sosial media istifadəçilərinə təqdim etdik. Bu layihəni məhz “Coca-Cola” ilə başlamağımızın əsas səbəbi isə buz kimi “Coca-Cola” içkisinin milli yeməklərimizə mükəmməl əlavə olmasıdır”, – deyə Fərhad Aşurbəyli layihə haqqında fikirlərini bildirib.

“Mədəniyyətimizin zəngin bir hissəsi olan milli mətbəximizi hamımız sevirik. Hətta gənclər də milli yeməklərimizi bişirməyi öyrənir və özlərinin “sirli” reseptləri ilə paylaşırlar. Müəyyən bir yeməyi hazırlamaq üçün hər kəs eyni inqrediyentlərdən istifadə etsə də, kimin necə hazırlamasından asılı olaraq həmin yeməyin dadı fərqli alınır. Məhz elə “Coca-Cola” içkisinin də belə ləzzətli, təkrarolunmaz və mükəmməl olmasının səbəbi inqrediyentlər deyil, onun unikal reseptidir. Biz bu layihə ilə Azərbaycan mətbəxinin zənginliyini və sirlərini hər kəslə bölüşmək istədik. Hər hansı bir yeməyin hazırlanmasının ən yaxşı üsuluna dair müxtəlif fikirlər ola bilər, ancaq bir məsələdə hamı həmfikirdir – buz kimi “Coca-Cola” bütün təamlara, xüsusilə də, Azərbaycan yeməklərinə mükəmməl əlavədir”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

Yay mövsümündə başlayan layihə sosial mediada kifayət qədər populyarlıq qazanmış və geniş müzakirələrə səbəb olub. Hər həftə Fərhad Aşurbəyli “Coca-Cola”nın “Facebook” və “Instagram” səhifələrində milli mətbəximizin nümunələrinə dair videolar paylaşır. Artıq 2,5 milyondan çox istifadəçi bu videolar və digər materiallarla tanış olub. Layihə ilin sonuna qədər davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!